Xameneinin Moskvaya qaçacağı iddiası yayılıb
Xameneinin Moskvaya qaçacağı iddiası yayılıb
İranda həyat səviyyəsinin pisləşməsinə qarşı etirazlar ikinci həftədir davam edir.
Britaniyanın Times qəzeti kəşfiyyat mənbələrinə istinadən yazıb ki, Xameneyinin Rusiyaya qaçmaq üçün "B planı" mövcuddur.
İddiaya görə, ordu və təhlükəsizlik qüvvələri etirazları yatırmaqda uğursuz olarsa, 86 yaşlı lider ailəsi və 20 nəfərlik yaxın çevrəsi ilə birlikdə Tehrandan qaçacaq. Bu siyahıya Xameneyinin oğlu da daxildir.



