Azərbaycan Qarabağ əməliyyatında həlak olan şəhidlərini dəfn edir - "Gəlməsəm, Vətən sağ olsun"

- Müəllif, İlkin Həsənov
- Vəzifə, BBC News Azərbaycanca, Bakı
Azərbaycanın Qarabağda apardığı "antiterror əməliyyatından" sonra yüzlərlə kilometr uzaqdakı Bakıda da atəş səsləri eşidilir.
Bu atəşlər isə döyüşdən yox, hərbi əməliyyatda həlak olanların şərəfinə açılan atəşdir.
Videoya YouTube kanalımızda baxın.
Azərbaycan tərəfi hələ ki, rəsmi şəkildə atiterror əməliyyatlarındakı itkilərini açıqlamayıb.
Prezident İlham Əliyev televiziya ilə xalqa müraciətində şəhidlər və yaralılar olduğunu deyib.
Azərbaycanın əməliyyatları zamanı erməni tərəfindən azı 200 nəfərin həlak olduğu deyilir.
Belə başa düşülür ki, onların çoxu silahlılardır.
