Ekspertlər: Rusiya sanksiyaları Türkiyəyə elə bir ziyan vurmayıb

2016-cı il ərzində Rusiya “fitosanitar” səbəblərlə Türkiyədən tərəvəz idxalına məhdudiyyəti davam etdirib

Şəklin mənbəyi, RIA NOVOSTI

Şəklin alt yazısı, 2016-cı il ərzində Rusiya “fitosanitar” səbəblərlə Türkiyədən tərəvəz idxalına məhdudiyyəti davam etdirib

Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəetməsi Akademiyasından olan ekspertlərin fikrincə, Rusiyanın Türkiyə meyvə-tərəvəzinin idxalına qoyduğu məhdudiyyət özünün “tərbiyəvi” məqsədlərinə çatmayıb.

Türkiyədə embarqodan yalnız xiyaryetişdirənlər ziyana düşüblər, beləki onlar vaxtında öz məhsullarını başqa ölkələrə yönəltməyə macal tapmayıblar. Lakin Türkiyədə pomidor və başqa tərəvəzləri yetişdirənlər üzlərini Belarus və Azərbaycan kimi başqa bazarlara tutublar.

Ekspertlər deyirlər ki, əvəzində Rusiya bəzi məhsulların idxalına qoyulan qadağanın bədəlini qiymət artımı ilə ödəməli olub. Beləki, Rusiyanın başqa ölkələrdən idxal etdiyi tərəvəz Türkiyə məhsulundan xeyli baha olub. Embarqonun təsiri xüsusilə də qış aylarında özünü göstərib. Qış mövsümündə Rusiyanın öz məhsulları çox az miqdarda təklif olunur.

Ümumilikdə Rusiyada hər il adambaşına 117 kiloqram tərəvəz yetişdirilir. Ölkə bununla yanaşı hər il adambaşına 20 kiloqram tərəvəz idxal edir. İl ərzində Rusiyada adambaşına 126 kiloqram tərəvəz istehlak olunur.

Türkiyədən idxal olunan bir sıra mallara embarqo qoyulması qərarı Rusiya hökuməti tərəfindən ötən ilin sonlarından, Su-24 bombardmançı təyyarəsi Türkiyə tərəfindən vurulandan sonra qəbul edilib.

Bütün 2016-cı il ərzində Rusiya bunu çox vaxt da fitosanitar mülahizələrlə əsaslandıraraq Türkiyədən tərəvəz idxalını məhdudlaşdırıb. Beləliklə, ölkəyə embarqoya düşməyən bibər, nar, badımcan, boranı və balqabağın da idxalı məhdudlaşdırılıb.

Rusiya tərəfindən qadağanların qəbulunadək yerli bazar pomidor, üzüm və mandarin sahəsində tamamilə Türkliyədən asılı idi. Bu da qeyd olunmalıdır ki, Türkiyədən gətirilən bu malların qiymətləri Rusiyanın öz qiymətlərindən aşağı olurdu.

Akademiyada bu sanksiyaların “tərbiyəvi” gücünə şübhə edirlər. Bu da qeyd olunmalıdır ki, rublun devalvasiyasına görə xarici mallar bahalaşıb və rusiyalılar isə öz tələbatlarını kəskin qısmalı olublar.

Belə vəziyyət bütün idxalçıları əlverişsiz vəziyyətə salaraq sanksiyaların effektini azaldıb. Yəni bu halda Rusiyanın bütün ticarət partnyorları ziyana düşüblər.

Bu sanksiyalardan udan olubsa da, Belarus olub. İqlim şəraitinin oxşarlığına baxmayaraq Belarus Rusiyaya gilas, kivi və çiyələk kimi istisevər meyvələrin ixracatını artırıb. Buna paralel olaraq Belarusun özü xaricdən meyvə-tərəvəzin gətirilməsini artırıb. Ekspertlərin fikrincə bu, Belarusun əslində reeksportla məşğul olduğunu göstərir.

Belarus Rusiyaya badımcan ixracatını çoxaldıb. Minsk Rusiyaya Türkiyədən iki dəfə artıq məhsul ixrac edib

Şəklin mənbəyi, RIA NOVOSTI

Şəklin alt yazısı, Belarus Rusiyaya badımcan ixracatını çoxaldıb. Minsk Rusiyaya Türkiyədən iki dəfə artıq məhsul ixrac edib

Akademiyanın məlumatına görə 2015-ci ildə Rusiyanın idxal etdiyi pomidorun 57,7 faizi Türkiyədən gətirilmişdi. 2016-cı ildə Türkiyədən Rusiyaya pomidor ixrac edilməyib. Türkiyənin yerini 56,6 faizlə Mərakeş tutub. Rusiyaya tərəvəz ixracını Azərbaycan, Misir və Çin də artırıblar.

Bu ölkələrin məhsulları Türkiyə malından xeyli bahadır. Məsələn, Mərakeşdən gətirilən pomidor Türkiyə malından 47 faiz baha olub.

Ekspertlər bu qənaətdədirlər ki, Türkiyə pomidoryetişdirənləri məhsullarının səmtini başqa bazarlara çevirə biliblər. Embarqodan sonra Türkiyə pomidoru əsasən Belarus, Azərbaycan və İsrail bazarına yönəldilib.

“Domates, biber, patlıca...”

Türkiyədən badımcan, qabaq və boranının idxalına qadağan fitosanitar mülahizələrlə bu ilin mayında qoyulub. İndilik bu qadağan Rusiya bazarını təsirləndirməyəcək, çünki ilin bu vaxtı Türkiyədən idxal onsuz da çox olmurdu.

2015-ci ildə Türkiyədən Rusiyaya 5,1 ton badımcan ixrac edilib. Bu ilin üç ayı ərazində bu rəqəm 528 tona çatıb. İdxal olunan badımcan məhsulunda Türkiyənin payı 2015-ci ildəki 26 faizdən 2016-cı ildə 19 faizə düşüb. Bu da qeyd olunmalıdır ki, badımcanın qiyməti son illərdə Rusiyanın Avropa ölkələrinə qarşı sanksiyaları ilə bağlı artıb.

Belarus ötən il Rusiyaya Türkiyədən iki dəfə çox badımcan ixrac edib. Hərçənd Belarusda badımcan yetişmir. Minsk sadəcə olaraq badımcanın idxalını artırıb.

Türkiyədən balqabaq və boranı məhsullarının da idxalına qadağan qoyulub, halbuki Rusiya özünü bu tərəvəzlə tam təmin edir.