Polislər "rezin güllə ilə oğlumu vurdu" - Saatlı sakinlərinin etirazı

    • Müəllif, Səadət Akifqızı, İlkin Həsənov, Fərid Həsənov
    • Vəzifə, BBC News Azərbaycanca

Saatlının Nabatkənd və Orta Muğanlı kəndlərinin sakinləri susuzluqdan şikayət edirlər.

Onlar su çatışmazlığına görə əkinlərini suvara bilmədiklərini deyirlər.

Martın 13-də bir qrup kənd sakini su problemlərinə görə magistral yolu bağlayaraq etiraz etməyə cəhd edib.

Sakinlərin sözlərinə görə, polislə toqquşmada bəzi etirazçılar yaralanıb, bir neçə nəfər isə saxlanılıb.

BBC News Azərbaycanca müxbirləri Saatlıda olublar.

Reportajı Youtube kanalımızda izləyə bilərsiniz.