Putin Kiyevi darmadağın etməyə hazırlaşır?

Şəklin mənbəyi, AFP/Getty Images
Putin birmənalı şəkildə səbirsizdir. Buna heç bir şübhə yoxdur ki, Rusiya münaqişənin yeni mərhələsinə keçir, təhlükəsizlik məsələləri üzrə BBC müxbiri Frank Gardner-n təhlilində deyilir.
Rusiyanın artilleriyası, reaktiv sistemləri, pilotsuz təyyarələri və raketləri paytaxt Kiyev də daxil olmaqla, Ukrayna şəhərlərinin yaxınlığında cəmləşdirilir.
Rusiyanın bu şəhər uğrunda necə döyüş aparacağının bəlkə də ən yaxşı nümunəsini Qroznı ilə Hələbin misalında görmək olar ki, burada şəhərlərin tamamilə məhvinə aparan küçə-küçə döyüşlər olub.
Putin Kiyevə qarşı da belə edəcəkmi? Demək çətindir.
Kiyev tarixi şəhərdir - o, hələ Moskva mövcud olmadan xeyli əvvəl Kiyev Rus dövlətinin paytaxtı olub. Əgər o, Kiyevi məhv edərsə, bu xəbər Rusiyaya çatdıqda rəğbət doğurmayacaq.
Ancaq zənnimcə Putin Ukraynanı öz iradəsinə tabe etmək üçün heç nəyin qarşısında dayanmayacaq, Frank Gardner davam edir.
O, Ukraynanın Aİ və NATO üzvlüyü sayəsində Qərbə və Avropaya qoşulmağındansa, onun xarabalıqlarını görmək istərdi.



