Hollywood-un "qızıl dövrünün sonuncu ulduzlarından" biri vəfat edib. Almaniya: "Rusiya G7-yə geri buraxılmayacaq". Yuventus ardıcıl 9-cu qələbəsini qazanıb

Şəklin mənbəyi, Getty Images
Hollywood-un "qızıl dövrünün aktrisası" öldü, Almaniya: Rusiya G7-yə geri buraxılmayacaq, Yuventus ardıcıl 9-cu qələbəsini qazanıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında
Olivia De Havilland vəfat edib
Hollywood-un "qızıl dövrünün sonuncu ulduzlarından" olan Olivia de Havilland 104 yaşında vəfat edib.
Onun karyerası 50 ildən çox davam edib və bu zaman ərzində, o, təxminən, 50 bədii filmə çəkilib.
O, 1939-cu ildə çəkilmiş Küləklə sovrulanlar filmindəki ("Gone with the Wind") rolu ilə məşhurlaşmışdı və bu filmdə köməkçi qadın rollarından Melanie Hamiltonu canlandırmışdı. Film ona beş Oskar nominasiyasından birini qazandırmışdı.
Aktrisa "Küləklə Sovrulanlar"dan (1939) sağ qalan son "ulduz" idi.
1960-cı ildən bəri Parisdə yaşayan De Havilland aktyorlara daha yaxşı müqavilələr bağlamaqla Hollywood-un studiya sistemini "diz çökdürənlərin" önündə olub.
Olivia De Havilland Oskara layiq görülmüş ən yaşlı aktrisa idi.
Almaniya: "Rusiya G7-yə geri buraxılmayacaq"
Almaniyanın xarici işlər naziri Heiko Maas Rheinische Post qəzetinə müsahibəsində "Krımın Rusiya tərəfindən ilhaqı məsələsi və Ukraynanın şərqindəki vəziyyət həll olunmayana qədər Rusiyanın kluba qayıtmasının müzakirə mövzusu olmadığını" deyib.
"Rusiyanın xaric edilməsinin səbəbi Krımın ilhaqı və Ukraynanın şərqinə müdaxilə idi. Bizim hələlik bu məsələ ilə bağlı qərarımız yoxdur, bunun üçün heç bir şans görmürəm" deyən nazir Rusiya ilə münasibətləri bir çox sahələrdə "çətin" adlandırıb.
"Ancaq biz də bilirik ki, Suriyadakı, Liviyadakı və Ukraynadakı münaqişələri həll etmək üçün Rusiyaya ehtiyacımız var. Sadəcə biz Rusiya ilə birlikdə Rusiyaya qarşı işləyə bilmərik," - Maas deyib.
Yuventus ardıcıl 9-cu qələbəsini qazanıb

Şəklin mənbəyi, Reuters
"Yuventus" Futbol Klubu ardıcıl doqquzuncu dəfə və tarixdə 36-cı dəfə "Sampdoriya"ya 2:0 hesabı ilə qalib gələrək İtaliya A seriyasının qalibi olub.
Qolu Kriştiano Ronaldo açıb, ikinci qolu Frederico Bernadeshi vurub. 89-cu dəqiqədə Ronaldo penaltini qaçırıb, amma bu nəticəyə təsir etməyib.
Keçən ilə qədər "Çelsi" ni çalışdıran "Yuventus" un baş məşqçisi Maurisio Sarri üçün, bu, İtaliya liqasında ilk qələbədir.




