You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Google-da "idiot" sözünü axtaranda niyə Trump şəkli çıxır?
Google-da "idiot" sözünü axtaranda niyə ABŞ Prezidenti Trump-ın şəkli çıxır? Bu sualı Konqres dinləmələri zamanı Google şirkətinin baş icraçı direktoru Sundar Pichai-a veriblər.
Ondan soruşublar ki, bu, Google-un siyasi mövqeyinin göstəricisidirmi? O isə cavabında deyib ki, Google axtarış nəticələri milyardlarla açar sözlərə əsaslanır və 200-dən çox faktor, o cümlədən uyğunluq və populyarlıq axtarışda mühüm rol oynayır.
O bildirib ki, bir çox insanlar Trumpın şəklini yükləyəndə onun adı ilə yanaşı "idiot" sözünü də istifadə edirlərsə, bu zaman axtarışda bu iki sözün üst-üstə düşməsi mümkündür.
Cənab Pachai Google-un birtərəfli siyasət yürüdüb-yürütməməsinə dair suala cavabında o, "yox" cavabını verib.
Google Trends nəticələrinə görə, "idiot" sözü ABŞ-da ən çox axtarılan sözlər arasında birincidir.