İlham Əliyev: "İmzalanmış Konvensiya Xəzərdə təhlükəsizlik və stabilliyi müəyyən edir"

Videonun alt yazısı, İlham Əliyev: "Xəzərdə təhlükəsizlik və stabilliyi imzaladığımız Konvensiya müəyyən edir"

Qazaxıstanın Aktau şəhərində bazar günü "Xəzər Beşliyinin" zirvə görüşü çərçivəsində imzalanmış Xəzərin hüquqi statusuna dair Konvensiya Xəzəryanı dövlətlərin əməkdaşlığına, iqtisadi və nəqliyyat məsələlərinin həllinə, insanların yaşayışının yaxşılaşmasına xidmət edəcək, prezident İlham Əliyev sammitdəki çıxışında bildirib.