“55 ildir ki, ailəmin üzünə həsrətəm” - koreyalı Kim Yoon-Jong hekayəti

Videonun alt yazısı, “55 ildir ki, ailəmin üzünə həsrətəm” - koreyalı Kim Yoon-Jong hekayəti

1950-1953-cü illərdəki müharibə Koreya yarımadasını ikiyə böldü. Cənubi və Şimali Koreyanın yaranması ilə on minlərlə parçalınmış ailə bir-birindən ayrı düşüb.

Koreyanın şimalında doğulan Kim Yoon-Jong 1947-ci ildə ali təhsil almaq üçün cənuba yollanmışdı.

Lakin müharibəyə görə o, artıq geriyə qayıda bilmədi.

2005-ci ildə Kim bir ailə üzvü ilə əlaqə qurmağa müvəffəq olub.

Lakin daha sonra ailələrin birləşməsi üzrə proqram dayandırıldı. Onun nə zaman bərpa olunacağı məlum deyil.

90 yaşlı Kim isə ailəsilə görüşməyə ümidlərini itirdiyini deyir.